İnşa,şeir və rəsm müsabiqəsinin nəticələri müəyyən olundu
21 yanvar 2019-cu il tarixində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ötən həftə məktəbimizin V-XI sinif şagirdləri arasında keçirilən inşa ,şeir və rəsm müsabiqələrinin nəticələri müəyyən olundu.
Tədbirdə məktəbin direktoru Günay Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, məktəbin Azərbaycan dili müəllimləri Həsənova Almara, Kərimova Ülviyyə, təsviri incəsənət müəllimi A.Aynur iştirak edirdi.
İlk öncə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.İsfəndiyarova tərəfindən yuxarıda qeyd olunan müvafiq müsabiqə üçün rəsmləri seçilən şagirdlər dəvət olundu və şagirdlər çəkdikləri rəsmlə bağlı öz fikirlərini söylədilər.
Daha sonra məktəbin direktoru G.Rüstəmova şeir müsabiqəsində qalib şagirdimizin,həmçinin fərqlənən 10 nəfər şagirdin adını açıqlandı ,onları təbrik edərək gələcək dərslərində və iştirak edəcəkləri növbəti müsabiqələrdə uğurlar arzuladı.
Onu da qeyd edək ki, şeir müsabiqəsinin qalibi 9a sinif şagirdi ,o cümlədən məktəbimizdə fəaliyyət göstərən “Bədii qiraət” dərnəyinin fəal üzvü Məhərrəmova Aminə seçilmişdir.
20 yanvar faciəsinin 29-cu ildönümü münasibətilə keçirilən inşa müsabiqəsinin nəticələrinə görə isə məktəbimizin VI və VII sinif şagirdləri seçildilər.