8b sinfində Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirildi
16 yanvar 2019-cu il tarixində məktəbin 8b sinfində Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirildi.
8b sinfində bu fənni tədris edən Məmmədov Fəxri müəllim tərəfindən keçirilən "Açıq dərs"in mövzusu "Üçbucağın hesablanması" idi.
"Açıq dərs"də məktəbin direktoru Rüstəmova Günay, təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira iştirak ediblər.
Şagirdlər qruplarda fəal əməkdaşlıq nəticəsində verilən vaxt ərzində tədqiqat işini apardılar.
Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər mövzunun standartlarına uyğun olan müxtəlif tapşırıqları qrup şəkildə yerinə yetirdilər.
Ev tapşırığı verildikdən sonra şagirdlərin "Məktəbli kitabça"sında meyarlar əsasında müxtəlif səviyyələr üzrə qiymətləndirmə aparıldı.
Dərsin sonunda "Açıq dərs"in müzakirəsi aparıldı, müəllimin peşəkarlığı vurğulanaraq dərs yüksək qiymətləndirildi.