Riyaziyyat fənnindən "Açıq dərs" keçirilidi
16 yanvar 2019-cu il tarixində məktəbin 6a sinfində Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirildi.
6a sinfində bu fənni tədris edən Hacıyeva Səadət tərəfindən keçirilən "Açıq dərs"in mövzusu "Tam ədədlərin bölünməsi" idi.
"Açıq dərs"də məktəbin direktoru Rüstəmova Günay, təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, ingilis dili müəllimi Mahmudova Ləman iştirak ediblər.
Tədqiqatın aparılmasında şagirdlərin qruplarda fəal əməkdaşlığı izlənildi.
Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər mövzunun standartına uyğun olan müxtəlif tapşırıqları fərdi şəkildə yerinə yetirdilər.
Ev tapşırığı verildikdən sonra şagirdlərin "Məktəbli kitabça"sında meyarlar əsasında müxtəlif səviyyələr üzrə qiymətləndirmə aparıldı.
Dərsin sonunda "Açıq dərs"in müzakirəsi aparıldı və dərs yüksək qiymətləndirildi.
Səadət müəllimə gələcək pedaqoji fəaliyyətində, şagirdlərimizə isə dərslərində uğurlar arzu edirik.