IV siniflərdə monitorinq imtahanı keçirildi

15 yanvar 2019-cu il tarixində məktəbin IV siniflərində monitorinq imtahanı keçirildi. Monitorinq Azərbaycan dili və Riyaziyyat fənləri üzrə keçirilib.

Monitorinq imtahanında məktəbin direktoru Rüstəmova Günay, təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, riyaziyyat müəllimləri Orucov Ramil, Məmmədov Fəxri iştirak etdilər.

Məktəb rəhbərliyi tərəfindən keçirilən bugünkü monitorinq imtahanı şifahi olaraq keçirilməsi ilə fərqlənib. Belə ki, IV sinif şagirdləri fənn müəllimləri tərəfindən onlara verilən sualları, əsasən, şifahi, bəzən isə lövhədə yazılı olaraq cavablandırdılar.

Qeyd edək ki, hər bir şagirdin qeyd olunan fənlər üzrə monitorinq nəticəsi ilə IV siniflərin sinif rəhbərləri və valideynləri növbəti gündə tanış ola biləcəklər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi