Azərbaycan dili fənni üzrə "Açıq dərs" keçirildi

14 yanvar 2019-cu il tarixində məktəbin 3b sinfində Azərbaycan dili fənni üzrə "Açıq dərs" keçirildi. 3b sinfinin sinif rəhbəri Hacıyeva Savad tərəfindən keçirilən "Açıq dərs"in mövzusu "Sifət-əlamət bildirən sözlər" idi.

"Açıq dərs"də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, ibtidai sinif fənləri üzrə metodbirləşmə rəhbəri Mahmudova Arifə, ibtidai sinif müəllimləri Həsənova Şöhlə, Həsənli Tərlan, Məcidova Arzu, Tacirli Şəfəq iştirak ediblər.

Şagirdlərin qruplarda fəal əməkdaşlığı nəticəsində tədqiqat işi aparıldı və qrup liderləri tərəfindən təqdim edildi. Dərs həm fəndaxili, həm də fənlərarası inteqrasiya olundu.

Dərsin sonunda "Açıq dərs"in müazkirəsi aparıldı.Dərs yüksək qiymətləndirilərək müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi