Fizika fənni üzrə "Açıq dərs" keçirildi
14 yanvar 2019-cu il tarixində məktəbin 9a sinfində Fizika fənni üzrə "Açıq dərs" keçirildi.
Məktəbdə bu fənni tədris edən Hacıyeva Almaz müəllim tərəfindən keçirilən "Açıq dərs"in mövzusu "İşıq mənbələri" idi.
"Açıq dərs"də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, 9a sinfinin sinif rəhbəri Hacıyeva Səadət, biologiya müəllimi İbrahimova Esmira iştirak ediblər.
Dərsin motivasiya mərhələsindən sonra tədqiqat sualına əsasən şagirdlərin qruplarda fəal əməkdaşlığı nəticəsində tədqiqat aparıldı.
Dərsin yaradıcı tətbiqetmə mərhələsində təqdim olunan müxtəlif tapşırıqlar üzrə şagirdlərin qruplarda hazırladıqları təqdimatlar dinlənildi. Dərs həm fəndaxili, həm də fənlərarası olaraq biologiya, kimya, həyat bilgisi fənləri ilə inteqrasiya olundu.
Dərsin sonunda şagirdlərə ev tapşırığı verilib, daha sonra onlar meyarlar əsasında səviyyələr üzrə qiymətləndirildi.
Dərs bitdikdən sonra "Açıq dərs"in müzakirəsi aparıldı.
Dərs yüksək qiymətləndirildi.