Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olundu
28 dekabr 2018-ci il tarixində məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günay Rüstəmova ilk öncə tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.O, çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qəbul olunması tarixi haqqında qısa şərh verərək, hazırda dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən bu günün qeyd olunmasını vurğuladı.
G.Rüstəmova çıxışının sonunda qarşıdan gələn yeni ilin hər kəs üçün uğurlu olmasını arzu edərək, məktəbimizin, o cümlədən müəllim və şagirdlərimizin daha böyük nailiyyətlər qazanmasını dilədi.
Daha sonra tədbir məktəbin ibtidai və yuxarı sinif şagirdlərinin ifasında səslənən şeir,mahnı və musiqi nömrələri ilə davam etdirildi.