Riyaziyyat fənni üzrə növbəti "Açıq dərs" keçirildi
20 dekabr 2018-ci il tarixində məktəbin 4b sinfində Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirildi. 4b sinfinin sinif rəhbəri Həsənova Şöhlə müəllim tərəfindən keçirilən "Açıq dərs"in mövzusu "Hərəkətə aid məsələlər.(Əks istiqamətli hərəkət)" idi.
Dərsdə məktəbin direktoru Rüstəmova Günay , təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, ibtidai sinif fənləri üzrə metodbirləşmə sədri Mahmudova Arifə, ibtidai sinif müəllimləri Həsənli Tərlan, Məcidova Arzu,ingilis dili müəllimi Ərəbova Gülçöhrə iştirak edib.
Dərsin bütün mərhələlərində şagirdlərin fəallığı izlənildi.Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər əks istiqamətli hərəkətlərə uyğun məsələ quraraq həll etdilər.
"Açıq dərs"in müzakirəsi zamanı dərs yüksək qiymətləndirildi.