"Yol hərəkəti qaydalarına əməl edirəm" adlı tədbir keçirildi
20 dekabr 2018-ci il tarixində məktəbin 3 b və 3 c sinif şagirdlərinin fəal iştirakı ilə "Yol hərərkəti qaydalarına əməl edirəm" adlı tədbir keçirildi.
Qeyd olunan siniflərin sinif rəhbərləri Hacıyeva Savad və Həsənli Tərlan tərəfindən təşkil olunan tədbirdə məktəbin direktoru Rüstəmova Günay, Xəzər rayon Polis İdarəsinin azyaşlılarla iş üzrə müfəttişi Akif Hüseynov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira iştirak edib.
Tədbirdə ilk öncə məktəbə dəvət olunmuş Xəzər rayon Polis İdarəsinin azyaşlılarla iş üzrə müfəttişi A.Hüseynov şagirdlər tərəfindən ona verilən sualları cavablandırmış, daha sonra yol hərəkəti qaydalarına aid səhnəciklər, video çarxlar nümayiş olundu, yol nişanlarının mənaları səsləndirildi.
Tədbirin sonunda məktəbin direktoru Rüstəmova Günay çıxış edərək, şagirdlərin elə kiçik yaşlardan başlayaraq yol hərəkəti qaydalarını öyrənmələrinin vacibliyini vurğuladı və çıxış üçün sözü A.Hüseynova verdi.
A.Hüseynov isə çıxışında belə maarifləndirici xarakterli tədbirin təşkil edilməsinə görə məktəb rəhbərliyinə və sinif rəhbərlərinə təşəkkürünü bildirdi, həmçinin şagirdlərə gələcək uğurlar arzu etdi.