"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir keçirildi
20 dekabr 2018-ci il tarixində məktəbimizdə "İnsan alverinə qarşı mübarizə" adlı tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Rüstəmova Günay, təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira,o cümlədən məktəbimizə dəvət olunmuş Xəzər rayon Polis İdarəsinin azyaşlılarla iş üzrə müfəttişi Akif Hüseynov, 9-cu siniflərin sinif rəhbərləri Hacıyeva Səadət, Talıbova Nigar və 9-cu sinif şagirdləri iştirak edib.
Tədbir boyunca şagirdlər insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə olunmaq istiqamətində maarifləndirici slayd materialları, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazılanmış sosial-çarxları izləyib.