İbtidai siniflərdə "Açıq dərs"lərin keçirilməsi davam edir
23.12.2024-cü il tarixində məktəbin 3"C" sinfində ibtidai sinif müəllimi Arzu Məcidova tərəfindən riyaziyyat fənnindən "8, 9 və 10-a vurma" mövzusu üzrə "Açıq dərs" keçirilib.
Şagirdlər dərsin məqsədinə uyğun olaraq vurma əməlini hər birində eyni sayda əşya olan bir neçə qrupdakı əşyaların ümumi sayının tapılması kimi, o cümlədən cərgə-sıra modelinə əsasən vurma və bölmənin mənasını izah ediblər.
Dərs boyunca şagirdlərin fəallığı məktəb rəhbərliyi tərəfindən izlənilib.