"Qədim türk diyarı-Naxçıvan" adlı intellektual müsabiqə

 "Məktəblərdə Naxçıvan ayı"nın  keçirilməsinə dair Tədbirlər planına əsasən 23.12.2024-cü il tarixində məktəbin XI sinif şagirdlərinin iştirakı ilə "Qədim türk diyarı-Naxçıvan "adlı intellektual müsabiqə keçirilib.
 Məktəbin coğrafiya müəllimi Fidan Əbdüləlizadənin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri münsiflər heyəti kimi iştirak edib.
Müsabiqə boyunca F.Əbdüləlizadənin təqdimatında Qədim türk diyarı- Naxçıvan haqqında səsləndirilən maraqlı sualları XI" A " sinfi "Zəka" , XI"B" sinfi isə "Uğur" komandası olaraq cavablandırdılar.
Sonda məktəbin direktor əvəzi 
Səidə Ağamalıyeva  münsiflər heyətinin qərarına əsasən müsabiqənin nəticələrini açıqladı.
O, tədbir təşkilatçısı və iştirakçılarına təşəkkür edərək, komanda üzvlərinə növbəti müsabiqələrdə uğurlar arzuladı.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən "Uğur" komandası I yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi