"Təhlükəsizlik Günü" adı altında tədbirlər keçirilib

"Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il təlimat məktubuna əsasən 15 oktyabr 2024-cü il tarixində  məktəbdə "Təhlükəsizlik Günü" adı altında tədbirlər keçirilib.

  Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.
Məktəbdə müəllim, şagird təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə məktəbin girişində məktəb rəhbərliyinin nəzarəti altında şagirdlərin çantalarına baxış keçirilib, məktəbin giriş və çıxışlarında nəzarət gücləndirilib.
Həmçinin, şagirdlərin maarifləndirilməsi və onların məsuliyyətinin artırılması məqsədilə  
məktəb rəhbərliyinin də iştirakı ilə 
hərbi rəhbər İxtiyar Behbudov tərəfindən 10"A" sinfində təhlükəsizlik qaydaları mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparılıb, onların suallarına cavab verilib.

Bu istiqamətdə tədbirlərimiz davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi