Fənn metodbirləşmə rəhbərlərinin iclası keçirilib

   Oktyabrın 11-də fənn metodbirləşmə rəhbərləri ilə iclas keçirilib.
   İclasın keçirilməsində əsas məqsəd 2024-2025-ci tədris ilində qarşıda duran hədəflər, bu istiqamətdə fənn metodbirləşmələrin fəaliyyəti,
tədrisin keyfiyyətinin yüksəldilməsi, metodik işin səmərəli təşkili,
tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verməkdən ibarətdir.

  Məktəbin psixoloqu Məlahət Qasımlı qeyd olunan məsələlərlə bağlı çıxışı zamanı müvafiq istiqamətlər üzrə rəy və tövsiyələrini bildirib.

 Sonda müəllimləri maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi