Anım Gününə həsr olunan "Dəyirmi masa" keçirildi

27 sentyabr Anım günü ilə əlaqədar məktəbin 9"B" sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" keçirildi.
Məktəb rəhbərliyinin də iştirak etdiyi "Dəyirmi masa"da ilk öncə Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəbin tarix müəllimi Hikmət Qasımov tərəfindən təşkil olunan dəyirmi masada Vətən müharibəsində döyüşən qəhrəman oğullarımızın şücaətindən bəhs edildi, şagirdlərin 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun əldə etdiyi uğurları ilə bağlı çıxışları dinlənildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi