27 sentyabr- Anım Günü

    Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 4 il arxada qalır.
Bu münasibətlə  27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib.
 Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
 Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin   əziz xatirələrini bir dəqiqəlik sükutla böyük ehtiramla yad ediblər.  
44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan tədbir iştirakçıları onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi