Pedaqoji Şuranın yekun iclası keçirilib

İyunun 25-də 2023-2024-cü tədris ilinin yekununa dair pedaqoji şura keçirildi.
İclasda məktəbin direktoru əvəzedicisi Səidə Ağamalıyeva, məktəbin psixoloqu Məlahət Qasımlı  və pedaqoji heyət iştirak edib.
   İclasda cari tədris ilinin 2-ci yarımili və yekunu, sinifdən- sinfə keçmənin vəziyyəti, qeyri-müvəffəq qiymət alaraq payız imtahanına qalan şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırıldı, sinif rəhbərləri və fənn müəllimlərinə müvafiq tapşırıqlar verildi.
    Həmçinin, IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr haqqında məlumat verildi, cari tədris ilində əldə olunan nailiyyətlərdən bəhs edildi.
Müəllimlərin çıxışları dinlənildi.

Daha sonra məktəb rəhbəri 2023-2024-cü tədris ilində keçirilən sertifikasiya imtahanının birinci mərhələsindən uğurla keçən müəllimlərimizi təbrik etdi.
   Sonda məktəbin direktor əvəzedicisi Səidə Ağamalıyeva məktəbin 65 yaşı başa çatmış ibtidai sinif müəllimi Arifə Mahmudovaya məktəb rəhbərliyi və kollektivi adından uzun illər ərzində pedaqoji fəaliyyətinə görə təşəkkür edərək, ürək sözlərini bildirdi.
Mahmudova Arifə müəllim də öz növbəsində məktəb rəhbərliyi və müəllim kollektivinə əməkdaşlığa görə dərin təşəkkürünü bildirdi, hər kəsə uğurlar arzu etdi.

    İclasın sonunda Səidə Ağamalıyeva müəllimlərə məzuniyyətdə olduğu müddətdə  xoş istirahətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi