"Son zəng" tədbiri keçirildi

   İyunun 14-də məktəbimizdə “Son zəng” tədbiri keçirilib.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rəhbərlik və məktəbimizin qonağı olan İkinci Qarabağ müharibəsi şəhidi  Mayor  Əliyev Asiman Vaqif oğlunun atası, Əliyev Vaqif bəy, Vətən müharibəsi iştirakçılarından Cəlil Behbudov, Amin Məhərrəmzadə  o cümlədən valideynlər də iştirak edib.

  Məktəb üzrə bu il 53 şagird məzun olur.
 Məktəb rəhbərliyi tərəfindən
məktəbimizin 2023-2024-cü tədris ilində uğurları qeyd olundu.
Şəhidimizin atası Əliyev Vaqif bəy çıxışı zamanı məktəbin məzunlarını təbrik edib, onlara gələcək həyatında uğurlar arzulayıb.
  Təhsil ocağının bir çox şagirdləri buraxılış imtahanlarında yüksək bal toplayıblar.
Tədbirdə tədris ilində fərqlənən şagirdlərə Diplomlar təqdim edilib.
Rəsmi hissədən sonra məktəbin  şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Daha sonra duyğulu anların yaşandığı “Son zəng” çalınıb.

  Əziz məzunlarımız, ümid edirik ki, bu gün məktəbdəki son zəngimiz, ancaq Ali məktəbdə çalınacaq daha neçə zənglərin başlanğıcı olacaq!
Ölkəmizə, xalqımıza, layiqli övlad olacaqsınız!
Yolunuz açıq olsun, əziz məzunlar...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi