"Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsi üzrə debat keçirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verildi. 
   
   Layihə çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Almara müəllimənin rəhbərliyi altında 11-ci sinif şagirdləri ilə dahi şairimiz M.Füzulinin "Leyli və Məcnun" əsəri üzrə debat keçirildi. 
Debatda "Leyli və Məcnun" əsəri üzrə ortaya iki arqument qoyulmuşdur.
1.O dövr üçün mədəni gerilik zəmanə ilə ayaqlaşmalıdır.
2.Heç də o dövr üçün mədəni gerilik zəmanə ilə ayaqlaşa bilməz.

Debatda məktəbin direktoru Qasımova Xəyalə, təlim-tərbiyə işləri üzrə direktor müavini Ağamalıyeva Səidə, təşkilatçı müavin Qasımova Məlahət müəllimə də iştirak edirdilər. Debatda şagirdlərin yaradıcılığı, fəallığı, istedadı və dünyagörüşü izlənildi.

Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi