"Məhəmməd Füzulinin söz sənəti" adlı tədbir keçirilib

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərancamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verildi.
  22 aprel 2024-cü il tarixində  layihə çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Almara müəllimənin rəhbərliyi altında 8"A" - 8"B" sinif şagirdləri ilə 
"Məhəmməd Füzulinin söz sənəti" adlı  tədbir keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, təşkilati işlər üzrə direktor müavini Məlahət Qasımlı da  iştirak edirdi. 
   Şagirdlər Məhəmməd Füzulinin həyat və yaradıcılığı, bədii irsini əhatə edən məqalələr yazmışdılar. Hər bir şagird yazdığı məqaləni oxudu. Şagirdlərin istedadı, bacarığı, məntiqi yaradıcılığı Füzulinin söz sənətini sevdiklərindən xəbər verirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi