Pedaqoji Şuranın növbəti iclası keçirildi

   02.05.2024-cü il tarixində Pedaqoji şuranın növbəti iclası keçirildi.
Məktəbin direktoru Xəyalə Qasımova pedaqoji kollektivi salamladıqdan sonra onları iclasın gündəliyində olan məsələlərlə tanış etdi.
İclasda IX və XI siniflərin buraxılış imtahanının nəticələri əsasında məktəbin direktoru Xəyalə Qasımova tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, məktəbin perspektiv fəaliyyət istiqamətlərindən, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd etdi.
   Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva çıxışı zamanı buraxılış imtahanlarında qeyri -müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəbinin aydınlaşdırılmasının vacibliyini vurğuladı, o cümlədən perspektiv planın tərtib edilərək gələcək imtahanlarda nəticələrin yüksəldilməsi üzrə müvafiq tapşırıqlar verdi. 
  Məktəbin təşkilati işlər üzrə direktor müavini Məlahət Qasımlı da "Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində məktəbdə görülən işlər haqqında danışdı, həmçinin bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğuladı.
Sonda müəllimlərin iştirakı ilə müvafiq mövzularda müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi