31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi

   29 mart 2024-cü il tarixində 31 Mart- Azərbaycanlılarının soyqırımının 106-cı ildönümü ilə əlaqədar məktəbin tədbirlər planına uyğun olaraq  "Dəyirmi masa" keçirildi.
   Məktəbin tarix müəllimi Hikmət Qasımovun təşkilatçılığı ilə keçirilən dəyirmi masada məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı, 11 "A" sinif şagirdləri iştirakı edib.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edildi.
Daha sonra şagirdlərin təqdimatları dinlənildi.
  Tədbirin keçirilməsində məqsəd xalqımıza qarşı törədilmiş soyqırım haqqında biliklərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, eləcə də Azərbaycançılıq məfkurəsinin təbliğ edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi