"Təmiz ətraf mühit" adlı abadlıq işləri görülüb

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər planına əsasən məktəbin tədbirlər planına uyğun olaraq 28 mart 2024-cü il tarixində məktəbin  8 "B" sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətyanı sahəsində təmiz ətraf mühitin təşkili ilə bağlı abadlıq işləri aparılıb.
Görülən abadlıq işləri əsasında müxtəlif növ gül, kol və ağaclar əkilmiş, əkilən  gül və ağaclara aqrotexniki qulluq göstərilmiş və ətraf mühitə zərərli tullantıları toplanaraq kənarlaşdırılıb.
Məqsəd şagirdlərdə ətraf mühitin və yaşıllığın qorunması vərdişlərini  formalaşdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi