"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində Novruz tədbiri

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 28.02.2024-cü il tarixli 3-29-59/3-2-103F/2024 nömrəli əmrə əsasən "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbdaxili tədbirlər planı hazırlanıb və icra olunur.
Tədbirlər planına uyğun olaraq 
19 mart 2024-cü il tarixində məktəbin musiqi müəllimi Nigar Tağıyevanın təşkilatçılığı ilə "Yurdumuza Bahar gəlir" adlı ədəbi -bədii kompozisiya keçirilib.
 Tədbirdə məktəbin ibtidai və yuxarı sinif şagirdləri fəal iştirak edərək baharın təravətli nəfəsini özü ilə gətirən Novruz adətlərindən bəhs olunan şeirlər səsləndirib, musiqilər ifa etmiş, rəqslər nümayiş etdirmişlər.
  Novruzun rəmzi sayılan Kosa, Keçəl, Bahar qızının çıxış və rəqsləri maraqla izlənildi.
  Bayram şənliyi məktəb rəhbərliyi, müəllim və şagirdlərin tonqal ətrafında  "Yallı" rəqsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi