"Qız qalası" və "Şirvanşahlar sarayı"na gəzinti təşkil olunub

"Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər planına əsasən martın 17-də məktəbin ibtidai sinif müəllimi Xuraman Məmmədovanın rəhbərliyi, 1 "B " sinif şagirdlərinin iştirakı ilə "Türk tarixinə səyahət" adlı mövzuya uyğun olaraq "Qız qalası" və "Şirvanşahlar sarayı"na gəzinti təşkil olunub.
Məqsəd  şagirdlərin tarixi abidələrimizlə yaxından tanış olmasıdır.
Gəzintidən sonra şagirdlər dərslikdə oxuyub öyrəndikləri "Ağca və Cırtdanlar" tamaşasını izləmək üçün Azərbaycan Dövlət Kukla teatrında olublar.
Nağıldakı obrazları yaxından izləyərək şagirdlər  çox zövq alıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi