Mülki Aviasiya Muzeyinə ekskursiya

12 mart 2024-cü il tarixində məktəbin təşkilati işlər üzrə direktor müavini eyni zamanda, psixoloqu Məlahət Qasımlı, biologiya müəllimi Esmira İbrahimovanın rəhbərliyi ilə 6"A" və 6"B" sinif şagirdləri Mülki Aviasiya Muzeyinə ekskursiya təşkil edilib.
Ziyarət zamanı şagirdlər muzeyin əməkdaşı tərəfindən muzeyin fond və ekspozisiya şöbələrindəki bölmələrlə  tanış edilərək, maraqlı məlumatlar əldə ediblər.
Belə ki, şagirdlər  muzeyin fondunda mülki aviasiyamızın tarixini və bu gününü əks etdirən ən müxtəlif eksponatlar, o cümlədən qəzet materialları, bu sahəyə dair rəsmi sənədlərin surətləri, fotoşəkillər, filmlər, bədii ədəbiyyat, aviasiyaya dair təsviri sənət nümunələri ilə tanış olublar.
Muzey ekspozisiyasında  mülki aviasiyanın yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilər haqqında maraqlı məlumatlar əldə ediblər.
Həmçinin muzeydə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir mülki aviasiyasının inkişafı haqqında məlumatla tanış olublar.
Sonda şagird və müəllimlər xatirə şəkli çəkib.Muzeydən ayrılmadan öncə ziyarətçilərin rəy kitabında qeyd aparıldı.
Şagirdlər muzeydən zəngin təəssüratla döndülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi