Şəhid mayor Asiman Əliyevin əziz xatirəsi yad edilib
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan mayor Əliyev Asiman Vaqif oğlunun əziz xatirəsi yad olunub.
Noyabrın 3-də direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva ,8b sinfinin sinif rəhbəri Nigar Talıbova şagirdlərlə birlikdə Vətən müharibəsi şəhidi Mayor Əliyev Asiman Vaqif oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə atası evini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin atası Vaqif Əliyev və bacısı İmmi Əliyeva ilə görüşüb, şəhidin əziz xatirəsini yad edilib.
Görüş zamanı şəhid Asiman Əliyevin canından çox sevdiyi Vətən qarşısında xidmətlərindən, iştirak etdiyi Aprel, eləcə də Vətən müharibəsi döyüşlərində şücaətlərindən bəhs olunub.
Şəhidin atası Vaqif Əliyev qazanılan qələbədə övladının da payı olduğu üçün fəxr etdiyini bildirib.
Sonda məktəb rəhbərliyi, müəllim və şagirdlər tərəfindən bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən şəhid mayor Asiman Əliyev kimi əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.
Şəhidlərimizlə qürur duyduqlarını bildirən kollektiv üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.