Azərbaycan dili fənni üzrə monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində 23 oktyabr 2023-cü il tarixində monitorinq keçirilib.

BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.

Təhsilalanlara 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.

Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi