Müstəqilliyin Bərpası Günü ilə əlaqədar xüsusi dərs keçirildi
Bu gün 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar məktəbin 9"A"sinfində xüsusi dərs keçirilib.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, psixoloqu Məlahət Qasımlının da iştirak etdiyi dərsdə tarix müəllimi Aynur Həsənova tərəfindən 1918-1920 -ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisi olan və XX əsrin sonunda SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin ikinci dəfə yenidən bərpa etməsi haqqında ətraflı məlumat verildi.
Daha sonra müstəqillik tariximizdən bəhs edən videoçarx nümayiş etdirilib.