"Vətəndən pay olmaz!" adlı tədbir
27 sentyabr Anım Günü ilə bağlı “Vətəndən pay olmaz!” adlı ədəbi-bədii kompazisiya keçirilib. Tədbirdə məktəb rəhbərliyi müəllim və şagirdlər iştirak edib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
30 illik həsrət yanğımıza su səpən, günümüzün qeyrət salnaməsi, qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, qəlbimizdə yüzillik əsarət, köləlik zəncirini qırıb dağıdan igidlərimiz, bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də fəxrimiz, örnəyimiz,
ölümləri ilə ölümsüzlüyə qovuşan el igidləri-şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Üçüncü ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd edilir. Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən qeyd edilən “27 sentyabr Anım günü” 44 günlük Vətən müharibəsində igidliklə döyüşmüş, ölkəmizin işğala məruz qalmış ərazilərinin azad edilməsi yolunda Şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsi olması nəzərə çatdırılıb.
Daha sonra məktəbin şagirdləri tərəfindən şəhidlərə həsr olunan şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnı və musiqilər ifa edilib.
#AnımGünü
#QarabağAzərbaycandır