Anım günü ilə bağlı "Dəyirmi masa" keçirildi
27 sentyabr Anım günü məktəbin kitabxanasında 11"A" sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi.
Məktəb rəhbərliyinin də iştirak etdiyi "Dəyirmi masa"da ilk öncə Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəbin tarix müəllimi Hikmət Qasımov tərəfindən təşkil olunan dəyirmi masada Vətən müharibəsində döyüşən qəhrəman oğullarımızın şücaətindən bəhs edildi, şagirdlərin 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun əldə etdiyi uğurları ilə bağlı çıxışları dinlənildi.
Şəhidlər Ölməz!
Vətən Var Olsun!
Şəhidlər Qəhrəmanlarımızdır!