18 sentyabr Milli Musiqi Günü qeyd olundu
18 sentyabr müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüdür. Bu gün Azərbaycanda həm də, Milli Musiqi Günü kimi də qeyd olunur.
"Dəyərlərimizi qoruyaq!" adlı layihənin icrasından irəli gələn Tədbirlər planına əsasən sentyabrın
18-də Milli Musiqi Günü münasibətilə məktəbin
8 "B" sinfində xüsusi dərs keçirildi.
Dövlət Himninin səslənməsindən sonra məktəbin musiqi müəllimi Nigar Tağıyeva dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Musiqişünas alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan ictimai xadim, Üzeyir Hacıbəyovun operaları, operettaları, kantataları haqqında şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi.
Məktəbin 11 "C" sinif şagirdi Şamama Alışova Üzeyir Hacıbəylinin "Arşın mal alan " operettasından "Qızların xoru"nu ifa edib.