Pedaqoji Şuranın iclası keçirildi
Sentyabrın 14-də məktəbin Fəaliyyət planına uyğun olaraq 2023-2024-cü tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasda məktəbin direktoru Xəyalə Qasımova pedaqoji kollektivi salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə onları təbrik edib, müvəffəqiyyətlər arzu edib.
Məktəbin direktoru Xəyalə Qasımova öz çıxışı ilə Ümmumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə toxunaraq ilk dərs saatlarının “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacağını bildirdi.
Xəyalə xanım 2022/2023-cü tədris ilində qəbul imtahanının nəticələrindən, həmçinin cari məsələlərindən danışıb. Eyni zamanda, yeni tədris ilində qarşıda duran vəzifələr, təhsilalanların məsuliyyətinin artırılması və digər məsələlər müzakirə olunub.
Həmçinin, Pedaqoji Şura iclasında tədris planlarından, yeni tədris ilində məktəbin iş rejimi, siniflərin komplektləşdirilməsindən, müəllimlərin dərs yükündən, növbətçilik cədvəlinin və sinif rəhbərlərinin təyinatından danışıldı. Daha sonra ötən tədris ilində pedaqoji fəaliyyəti ilə məktəbimizə uğur qazandıran müəllimlərə bir daha təşəkkür edildi.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva öz çıxışında yeni tədris ili üzrə strateji məsələlər haqqında məlumat verdi.
Səidə xanım, eyni zamanda, təhsildə keyfiyyətin yüksəldilməsinə dair müəllimlərə öz tapşırıq və tövsiyələrini verib.
Məktəbin psixoloqu Məlahət Qasımlı çıxışı zamanı məktəbdə sağlam psixoloji mühitin yaradılması , şagirdlərin məktəbə adaptasiyasının düzgün təşkil olunması məsələlərinə toxunub.
Daha sonra müəllimləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı.
Sonda məktəbin direktoru Xəyalə Qasımova yeni təyin olunmuş müəllimləri kollektivə təqdim edib, onları və sertifikasıya imtahanından uğurla keçən müəllimləri təbrik edib, gələcək işlərində hər birinə uğurlar arzu edib.