Pedaqoji Şuranın növbəti iclası keçirildi
İyunun 22-də 2022-2023-cü tədris ilinin yekununa dair pedaqoji şura keçirildi.
İclasda məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, psixoloqu Məlahət Qasımlı və pedaqoji heyət iştirak edib.
İclasda cari tədris ilinin 2-ci yarımili və yekunu, sinifdən- sinfə keçmənin vəziyyəti, biliyi qiymətləndirilməyən şagird haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırıldı.
Həmçinin, IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr haqqında məlumat verildi, cari tədris ilində əldə olunan nailiyyətlərdən bəhs edildi.
Metodbirləşmə rəhbərlərinin çıxışları dinlənildi.
Sonda məktəbin direktoru Xəyalə Qasımova müəllimlərə xoş istirahət arzuladı.