"Son zəng" tədbiri keçirildi
İyunun 14-də məktəbdə "Son zəng" tədbiri keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, məzunlar, müəllim və valideynlər iştirak ediblər.
Məzunlar tədbir iştirakçılarının alqışları altında meydana daxil olublar.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış üçün ilk söz məktəbin direktoru Xəyalə Qasımovaya verildi.
X.Qasımova öncə məzunlara xoş arzularını çatdıraraq gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər diləyib.
Daha sonra cari tədris ilində məktəbin nailiyyətlərindən biri olan RFO üzrə qalibimiz Əhmədov Elmir Təşəkkürnamə ilə, eyni zamanda məktəbimizə bu uğurun qazandırılmasında böyük əməyi olan fizika müəllimi Hacıyeva Almaz müəllim həm məktəb rəhbərliyi, həm də Xəzər rayonu Həmkarlar İttifaqı komitəsi adından Fəxri Fərmanla təltif edilib.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Bədii kompozisiya, şən mahnılar və çıxışlarla davam edən tədbirdə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, psixoloqu Məlahət Qasımlı, fiziki tərbiyə müəllimi Cəfər Ələsgərov da öz çıxışları zamanı məzunları təbrik ediblər, o cümlədən cari tədris ilini müvəffəqiyyətlə bitirən şagirdlər Təşəkkürnamə ilə təltif ediliblər.
Məzunlarımız öz çıxışlarında məktəbə, müəllimlərə olan minnətdarlıq hisslərini bildiriblər.
Tədbirin sonunda məzunlarımız üçün simvolik son zəng çalınıb.