Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib
İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
Paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.
“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 40 016, XI siniflərini isə 26 453 nəfər bitirib.