Sabah məktəblərdə “Son zəng”dir
İyunun 14-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Qeyd olunan məsələlər müvafiq əmrlərdə vurğulanıb.
“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
“Son zəng” tədbiri haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri