IV sinif şagirdləri monitorinqə cəlb olunub

Paytaxtda ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub.

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edib.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva monitoriq prosesinin gedişatını izləyib.

Qeyd edib ki, monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək şagirdlərin tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə məktəblərin reytinq göstəricisini müəyyənləşdirməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi