"Suyu qoruyaq!"adlı maarifləndirmə işi aparılıb
İyunun 7-də məktəbin 4"C" sinfində ibtidai sinif müəllimi Xuraman Məmmədova tərəfindən
"Suyu qoruyaq!" adlı maarifləndirmə işi aparılıb.
Məqsəd şagirdlərə bütövlükdə planetimizdəki su ehtiyatlarına, o cümlədən ölkəmizə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq, eləcə də gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrətməkdir. Aparılan maarifləndirmə işi o cümlədən, önəmli əməli bir məqsəd qoyur: Şagirdlərə evdə, məktəbdə və təbiətdə gündən-günə suyu qorumaq üçün sadə əməlləri və addımları öyrətmək. Dərsin gedişində məktəblilər su ehtiyatlarının qorunmasının iqtisadiyyata, cəmiyyətə və planetimizin ekosisteminə nə qədər önəmli olduğunu anlayıb.
Sonda şagirdlər XXI yüzillikdə olan su ilə bağlı aktual problemlər, onların həll yolları, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı diskussiyada iştirak edib.