"İnsan hüquqlarının qorunması" adlı maarifləndirici tədbir
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində iyunun 5-də məktəbin 9 "B" sinfində “İnsan hüquqlarının qorunması” adlı maarifləndirici tədbir keçirmişdir.
Məktəbin tarix müəllimi Aynur Həsənova tərəfindən tədbir iştirakçılarına mövzu haqqında ətraflı məlumat verilib, eyni zamanda hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi hüquqlarından bəhs edib.
Daha sonra müstəqil ölkəmizdə insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərdən, ölkəmizin insan hüquqları sahəsində qoşulduğu beynəlxalq təşkilatlardan və onların fəaliyyətindən danışıldı.
Sonda mövzu ilə bağlı maraqlı diskussiya aparılıb.