"İnsan hüquqları aylığı"na həsr olunan dəyirmi masa
5 iyun 2023-cü il tarixində "İnsan hüquqları aylığı" çərçivəsində dəyirmi masa keçirilib.
Dəyirmi masada məktəbin psixoloqu Məlahət Qasımlı, tarix müəllimlərindən Hikmət Qasımov, Aynur Həsənova və 8 və 10-cu sinif şagirdləri iştirak edib.
H.Qasımov dəyirmi masa iştirakçılarını salamladıqdan sonra
bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
İnsan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən olduğu vurğulayıb.
Daha sonra ölkəmizin əmək, məşğulluq, sosial müdafiə sahəsində hüquqlar sistemindən bəhs olunub.