Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib.
O, çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Tədbir şagirdlərin maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların söylədikləri şeirlər, mahnılar, çəkdikləri rəsm nümunələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.