"Müstəqil Azərbaycan" adlı tədbir keçirildi
26 may 2023-cü il tarixində 28 May-Respublika Gününə həsr olunmuş "Müstəqil Azərbaycan" adlı tədbir keçirildi.
Tədbir müstəqil Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək müəllim, şagird, valideyn kollektivini bu gün münasibətilə təbrik etdi. Respublika Gününün Azərbaycanın müstəqilliyi tarixində əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra məktəbin 1"B" sinif şagirdlərinin ifasında musiqili-bədii kompozisiya nümayiş olunub.