"Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!" adlı dəyirmi masa
28 May-Respublika Günüdür.
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.
Bununla əlaqədar 26 may 2023-cü il tarixində məktəbin kitabxanasında tarix müəllimi Hikmət Qasımovun təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!" adlı dəyirmi masa keçirilib.
Məktəb rəhbərliyinin də iştirak etdiyi dəyirmi masada H.Qasımov VII-X sinif şagirdlərinə "28 May- Respublika Günü" ilə bağlı geniş məlumat verdi. Dəyirmi masa ətrafında
"28 May - Respublika Günü" ilə bağlı şagirdlərin çıxışları dinlənilib.