3-cü siniflərdə monitorinq keçirilib
17 may 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbin 3-cü siniflərində Tədris dili (Azərbaycan dili), Riyaziyyat və İngilis dili fənlərindən monitorinq təşkil olunub.
Monitorinq BŞTİ-nin təlimatına uyğun keçirilmişdir.
Məqsəd qeyd olunan fənlərdən şagirdlərin əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhlillərin nəticələrinə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.