"Zərərli vərdişlərə yox deyək!"
"Zərərli vərdişlərə yox deyək!" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq 15-16 may tarixində məktəbin 8 "A" və 8 "B" sinif şagirdləri tərəfindən təqdimat və multimediya resursları hazırlanaraq təqdim edilib.
Hazırlanan təqdimatlarda narkomaniya və digər zərərli vərdişlərin, o cümlədən istənilən tütün məmulatlarının orqanizmdə törətdikləri fəsadları barədə , narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlar haqqında məlumatlardan bəhs olunur.
Daha sonra məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən zərərli vərdişlərə dair əlavə məlumatlar verilib, şagirdlərin sualları cavablandırılıb.