"Tarix yazan şəxsiyyət" adlı xüsusi dərs keçirilib

   Mayın 10-da  Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar məktəbin 7 "B" sinfində coğrafiya müəllimi Fidan Əbdüləlizadə tərəfindən  "Tarix yazan şəxsiyyət" adlı xüsusi dərs keçirilib.
Dərsdə ilk olaraq Dövlət himni səsləndirilib və Ulu Öndərin xatirəsi yad olunub. Sonra şagirdlərə Heydər Əliyevin həyatının müxtəlif dövrləri, çoxşaxəli fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev fitri istedadı və gərgin əməyi sayəsində təhsil aldığı və müxtəlif dövlət orqanlarında çalışdığı dövrlərdə hər zaman ən yüksək nailiyyətlər əldə edib. 
Şagirdlər Ulu Öndərin xatirəsinə həsr olunmuş şeirlər söyləyib.
Sonda Fidan müəllim Heydər Əliyevin bir dövlət başçısı, böyük siyasətçi kimi Azərbaycanı bütün dünyaya tanıtdığı haqqında danışaraq dərsi yekunlaşdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi