"Heydər Əliyev -100 il" adlı dəyirmi masa
Mayın 10-da ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə məktəbin kitabxanasında dəyirmi masa keçirildi.
Tədbirdə ilk olaraq məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək Ulu öndərin mənalı həyat yolundan, vətəni, xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.
Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara məhz böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin sayəsində əldə olunduğunu vurğulayıb.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vahid Əsgərov çıxışı zamanı
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlılığı haqında danışıb.
Sonda Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində əldə olunan uğurlar haqqında şagirdlərin fikirləri dinlənilib.