"Mən fəxr edirəm ki, azərbaycanlıyam!" adlı tədbir

  Mayın 2-də  Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" adlı tədbir keçirildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Hacıyeva tərəfindən təşkil olunan tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalqına verdiyi tövsiyələr haqqında çıxış etdi.
Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vahid Əsgərov Heydər Əliyevin xalqına göstərdiyi təşəbbüs haqqında danışdı.
Tədbir məktəbin istedadlı şagirdlərinin Ulu Öndərin xalqına göstərdiyi qayğı və etimadı əks etdirən şeirlər söyləməsi, mahnılar səsləndirməsi ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi