Heydər Əliyev Mərkəzinə ziyarət edilib

   Ötən həftə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə  məktəbin psixoloqu Məlahət Qasımlının rəhbərliyi ilə 7 "B" sinif şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. 
Şagirdlər Heydər Əliyev Muzeyinə də baxıblar. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu Ulu Öndər barədə təqdim olunan maraqlı faktlar, foto və videomateriallar vasitəsilə izlənildi. Şagirdlər ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlarla tanış oldular. 
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssürat doğurub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi